Yuxarı
    Bağlamaq

    ​Rusiya Türkiyədən gətirilən məhsulların yoxlanılmasını gücləndirir

    Hökumət bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verib

    Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiya Türkiyədən tədarük edilən ərzaq mallarına nəzarəti gücləndirəcək və bu ölkənin istehsalı olan məhsulların yoxlanması üçün əlavə tədbirlər həyata keçirəcək.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəyanat yayıb. 

    Bəyanatda bildirilib ki, Rusiya hökuməti ölkənin Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Xidmətinə Türkiyədən tədarük edilən kənd təsərrüfatı və ərzaq məhsullarına nəzarət gücləndirmək üçün tapşırıq verib: "Bundan başqa, Türkiyədə istehsal olunan malların sərhəddə yoxlanması üçün əlavə tədbirlər görüləməsini tapşırıb".  

    Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib ki, Türkiyə mallarına embarqo tətbiq olunacağı təqdirdə Rusiya bunun nəticəsini ciddi hiss etməyəcək: "Türkiyədən gətirilən meyvə və tərəvəzi İran, Azərbaycan, Özbəkistan, Mərakeş, İsrail, CAR və Argentinadan tədarüklər əvəz edəcək. Türkiyə Rusiyaya ümumi tərəvəz idxalı həcminin 20 faizini tədarük edir. Rusiya bazarında Türkiyədən gətirilən sitrus bitkilərinin payı 25 faizdir. Ölkə Rusiya taxılının fəal alıcısıdır. 2015-ci ilin əvvəlindən 3,5 milyon ton taxıl ixrac olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi