Yuxarı

Rusiya XİN: Türkiyə Rusiya ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Moskvada Türkiyə-Rusiya qaz kəməri layihəsi ilə bağlı problemlərin yaranmayacağına ümid edirlər

Bakı. 11 dekabr. REPORT.AZ/ Moskvada Türkiyə-Rusiya qaz kəməri layihəsi ilə bağlı problemlərin yaranmayacağına ümid edirlər. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib. 

O, Türkiyənin bəzi məsul şəxslərinin Rusiya ilə deyil, məhz Azərbaycanla enerji sahəsində əməkdaşlığını prioritet sayması barədə məsələni şərh edib: "Hazırda qarşımızda çoxsaylı texniki parametrlərin "Qazprom" və iki ölkənin Energetika nazirliklləri arasında işlənəsi məsələlər durur. Ümumi kontekstə gəldikdə, hər bir ölkə özü üçün prioritet layihələri seçir. Lakin prezident və baş nazir qismində Türkiyə rəhbərliyi enerji sahəsində Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib". 

"Biz şübhə etmirik ki, layihə iki ölkənin maraqları əsasında həyata keçiriləcək, eyni zamanda Avropa istehlakçılarının maraqlarının nəzərə alınması ilə enerji axınlarının diversifikasiyası baş verəcək", - A. Lukaşeviç vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi