​Rusiya Türkiyədən idxal olunan məhsulların siyahısını müəyyənləşdirib

​Rusiya Türkiyədən idxal olunan məhsulların siyahısını müəyyənləşdirib Dmitri Medvedev Nazirlər Kabinetinin uyğun qərarını imzalayıb
Region
1 Dekabr , 2015 18:07
​Rusiya Türkiyədən idxal olunan məhsulların siyahısını müəyyənləşdirib

Bakı. 1 dekabr. REPORT.AZ/ Dmitri Medvedev Türkiyədən Rusiyaya idxal edilən 2 min adda məhsulun siyahısının müəyyən edilməsi haqda Nazirlər Kabinetinin uyğun qərarını imzalayıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, qərara əsasən, 2016-cı il yanvarın 1-dən Türkiyədən çiyələk, potağal, naringi, üzüm, tomat, xiyar, qərənfil, habelə dondurulmuş hinduşka və toyuq əti və s. gətirilməsi qadağan edilib.

Nazirlər Kabinetinin qərarında bildirilib ki, Rusiya-Türkiyə Hökumətlərarası Komissiyanın fəaliyyəti dayandırılır.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə də ticarət və sərmayə qoyuluşuna dair danışıqları dayandırması tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi