​Rusiya Türkiyədən bütün növ bitkiçilik məhsullarının tədarükünə qadağa qoymağa hazırlaşır

​Rusiya Türkiyədən bütün növ bitkiçilik məhsullarının tədarükünə qadağa qoymağa hazırlaşır Bu, artıq aprel ayı ərzində baş verə bilər
Region
30 Mart , 2016 03:16
​Rusiya Türkiyədən bütün növ bitkiçilik məhsullarının tədarükünə qadağa qoymağa hazırlaşır

Bakı. 30 mart. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert Türkiyədən bütün növ bitkiçilik məhsullarının tədarükünə qadağa qoyula biləcəyini bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, artıq aprel ayı ərzində baş verə bilər.

"Biz bitkiçilik məhsullarının idxalına (Türkiyədən) ümumiyyətlə məhdudiyyət tətbiq etmək məcburiyyətindəyik. Bu, ay ərzində baş verə bilər", — deyə Dankvert bildirib.

Məmurun sözlərinə görə, əvvəllər Türkiyə nümayəndələri qadağaya aid fikir ayrılığı olanda danışıqlara gəlirdilər, indi isə məktub yazmaqla kifayətlənirlər.

O qeyd edib ki, Türkiyə tərəfi Rusiyanı görülən tədbirlərin kifayət qədər olmasına əmin etməlidirlər.

"Düşünürəm ki, biz ya adbaad, ya da hamısına qadağa tətbiq edəcəyik. Çünki müqavilə alınmasa, müzakirə alınmasa, o zaman hamısına qadağa tətbiq etmək lazım gələcək. Siz ya gələcək və müzakirə edəcəksiniz, ya da öz yolunuzu özünüz seçin. Biz yola gətirməyi bacarmırıq", — deyə Dankvert bəyan edib.

Son xəbərlər

Orphus sistemi