Rusiya Türkiyədəki səfirinə hücum faktı ilə bağlı cinayət işi qaldırıb

Rusiya Türkiyədəki səfirinə hücum faktı ilə bağlı cinayət işi qaldırıb Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi məlumat verib
Region
19 Dekabr , 2016 23:02
Rusiya Türkiyədəki səfirinə hücum faktı ilə bağlı cinayət işi qaldırıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının İstintaq Komitəsi (İK) ölkənin Türkiyədəki səfirinə silahlı hücum faktı ilə bağlı cinayət işi qaldırıb.

"Report" xəbər verir ki, bu barədə İK-nin rəsmi nümayəndəsi Svetlana Petrenkoya istinadən RNS məlumat yayıb.

"İstintaq Komitəsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karpova hücum faktı ilə bağlı Cinayət Məcəlləsinin "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya idarəyə qarşı hücum" maddəsi üzrə cinayət işi qaldırıb", - deyə Petrenko bildirib.

Son xəbərlər

Orphus sistemi