Rusiya, Türkiyə və ABŞ Baş qərargah rəisləri Antalyada görüş keçirirlər

Rusiya, Türkiyə və ABŞ Baş qərargah rəisləri Antalyada görüş keçirirlər Baş qərargah rəisləri Suriya və İraq məsələsini müzakirə edirlər
Region
7 Mart , 2017 12:17
Rusiya, Türkiyə və ABŞ Baş qərargah rəisləri Antalyada görüş keçirirlər

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya, Türkiyə və ABŞ Baş qərargah rəisləri Suriya və İraq məsələsini müzakirə etmək məqsədilə bu gün Antalyada bir araya gəliblər.

Bu barədə "Report" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi H.Akkar və ABŞ-ın Baş Qərargahlar rəisi C.Danford Antalyada üçtərəfli görüşdə iştirak edirlər. Görüşdə Suriya və İraqda təhlükəsizlik məsələləri üzrə birgə müzakirələr aparılacağı planlaşdırılır", - relizdə deyilir. 

Son xəbərlər

Orphus sistemi