Rusiya Türkiyə qarşısında 3 şərt irəli sürüb

Rusiya Türkiyə qarşısında 3 şərt irəli sürüb Moskva təyyarənin vurulmasına görə Ankardan üzr istəməyi, məsuliyyət daşıyanların cəzalandırılmasını və dəyən ziyanın ödənilməsini tələb edir
Region
14 Dekabr , 2015 13:36
Rusiya Türkiyə qarşısında 3 şərt irəli sürüb

Bakı. 14 dekabr. REPORT.AZ/ "Üzr istəmək, məsuliyyət daşıyanların cəzalandırılması və dəyən ziyanın ödənilməsi şərtləri təmin olunmazsa, Türkiyənin heç bir açıqlaması qəbul edilməyəcək".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Moskvanın Ankara ilə münasibətləri bərpa etməsi şərtlərindən danışarkən deyib.

Onun sözlərinə görə, vurulmuş Rusiya hərbi təyyarəsinə görə, xilasetmə işləri üçün əraziyə gələn helikopterdən enən rusiyalı pilot Alparslan Çelik adlı Türkiyə vətəndaşı tərəfindən vurulub.

Qeyd edək ki, noyabrın 24-də Rusiyanın döyüş təyyarəsi Türkiyənin sərhədini pozduğu üçün vurulub. Bundan sonra Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi