Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək

Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək Peskov: "İclas olmayacaq, heç planlaşdırılmır da"
Region
14 Dekabr , 2015 15:10
Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası keçirilməyəcək. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, iclas olmayacaq, heç planlaşdırılmır da", - Peskov jurnalistlərə bildirib.

Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının iclası dekabrın 15-nə planlaşdırılırdı. Bu məqsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər etməliydi.

Amma Türkiyə-Suriya sərhədində Türkiyənin Rusiya "Su-24"ünü vurması hadisəsindən sonra Rusiya-Türkiyə münasibətləri kəskin şəkildə pisləşib.

Son xəbərlər

Orphus sistemi