Yuxarı

​Rusiya təyyarələrinin bombardmanı nəticəsində 9 dinc sakin həyatını itirib

8 ağır yaralı müalicə olunmaq üçün Türkiyəyə aparılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Gecə saatlarında Rusiya döyüş təyyarələrinin Suriyanın Əziz rayonunun Hareten və Azaden kəndlərini bombalaması nəticəsində 9 dinc sakin həyatını itirib, 24 nəfər isə yaralanıb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 8 ağır yaralı müalicə olunmaq üçün Türkiyəyə aparılıb. 

Digər yaralılar isə müxalifətin nəzarəti altında olan bölgələrdəki xəstəxanalara yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi