​Rusiya terrorçu kimi tanıdığı təşkilatların adlarını açıqlayıb

​Rusiya terrorçu kimi tanıdığı təşkilatların adlarını açıqlayıb Onlar 2003-2014-cü illərdə ölkə məhkəmələrinin qərarı ilə terrorçu olaraq tanınıblar
Region
27 Fevral , 2015 17:16
​Rusiya terrorçu kimi tanıdığı təşkilatların adlarını açıqlayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin qanunvericiliyinə uyğun olaraq, terrorçu kimi tanıdığı təşkilatların siyahısını dərc edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda FTX məlumat yayıb.

Məlumata görə, bu siyahıda 22 təşkilatın, o cümlədən İŞİD, "Müsəlman qardaşları", "Cəbhət əl -Nusra","Qafqaz əmirliyi"nin də adı var.

Məlumatda bildirilib ki, həmin təşkilatlar 2003-2014-cü illərdə Rusiya məhkəmələrinin qərarı ilə terrorçu olaraq tanınıb. 

Son xəbərlər

Orphus sistemi