Rusiya Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başlayıb

Rusiya Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başlayıb Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başladığını bildirib.
Region
29 Sentyabr , 2018 05:56
Rusiya Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başlayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya S-300 zenit-raket komplekslərinin tədarükünə başladığını bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.

Bazar ertəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya iki həftə ərzində S-300 komplekslərini Suriyaya verəcək. O qeyd edib ki, bu qərar Yaxın Şərq ölkəsinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.

Hərbi idarənin rəhbəri xatırladıb ki, "Moskva S-300-lərin Dəməşqə tədarükünü neçə illər ərzində dayandırıb, lakin indi vəziyyət dəyişib".

Onun sözlərinə görə, Rusiya İsrailin "İl-20" təyyarəsinin vurulmasına gətirib çıxaran hərəkətləri səbəbindən adekvat addımlar atmağa məcburdur.

Kremldə qeyd ediblər ki, S-300 ZRK-nın tədarükü üçüncü ölkəyə qarşı yönəlməyib, yalnız Rusiyanın Suriyadakı obyektlərinin qorunması istəyindən irəli gəlir.

Son xəbərlər

Orphus sistemi