Rusiya Suriyadakı bütün xalqların nümayəndələrindən ibarət Məclis qurmaq istəyir

Rusiya Suriyadakı bütün xalqların nümayəndələrindən ibarət Məclis qurmaq istəyir Bu məqsədlə Rusiyanın Soçi şəhərində noyabrda toplantı keçiriləcək
Region
30 Oktyabr , 2017 16:33
Rusiya Suriyadakı bütün xalqların nümayəndələrindən ibarət Məclis qurmaq istəyir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya Suriyadakı bütün xalqların nümayəndələrindən ibarət Məclis qurmaq istəyir.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu məqsədlə bu ilin noyabr ayında Rusiyanın Soçi şəhərində toplantı keçiriləcək.

Agentliyin məlumatına görə, rəsmi Moskva Suriyanın terrorçu İŞİD qruplaşmasından təmizlənməsindən sonrakı dövrün hazırlıqlarına başlayıb. Görüləcək işlərdən biri də Suriyadakı bütün xalqların nümayəndələrindən ibarət Məclisin formalaşdırılmasıdır. 

Bildirilib ki, Soçi toplantısından sonra Suriyanın yeni konstitusiyasının hazırlanmasına başlanılacağı da ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi