Yuxarı

​Rusiya Suriyada terrorçuların 800-dən çox obyektini məhv edib

Qonşu ölkə aviasiyası Suriyada minə yaxın hərbi uçuş edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya təyyarələri Suriyada əməliyyatlara başladığı müddət ərzində 934 hərbi uçuş edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qonşu ölkə aviasiyası Suriyada terrorçulara məxsus 800-dən artıq obyekti məhv edib.

Məlumata görə, təkcə ötən həftə ərzində Rusiya terrorçuların onlarla komanda məntəqəsini, həmçinin səhra düşərgəsini bombalayıb.

Rusiya sentyabrın 30-da Suriya prezidenti Bəşər Əsədin xahişi ilə bir sıra ölkələrdə fəaliyyəti qadağan olunan “İraq-Şam İslam Dövləti” terror qruplaşmasına havadan hərbi əməliyyatlara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi