Yuxarı

​Rusiya Şimali Qafqazın inkişafına 2,5 mlrd. dollar ayıracaq

Sənaye və kənd təsərrüfatının ixtisaslaşdırılması və əmək bazarının vəziyyəti nəzərə alınmaqla fərdi proqramlar hazırlanacaq

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev 2020-ci ilədək Şimali Qafqazın maliyyələşdirilməsi proqramının həcminin 150 milyard rubla (2,5 milyard dollar) çatacağını bildirib.

Bu barədə "Report" "Ria Novosti"yə istinadən xəbər verir.

D.Medvedevin sözlərinə görə, burada yerləşən 7 bölgənin hər biri üçün fərdi proqramlar hazırlanacaq. Həmin proqramlarda da sənaye və kənd təsərrüfatının ixtisaslaşdırılması və əmək bazarının vəziyyəti nəzərə alınacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi