Yuxarı
    Bağlamaq

    ​Rusiya Şimali Osetiyada hərbi təlimlərə başlayıb

    Tədbirdə 700-dən çox hərbçi, 200-ə yaxın hərbi texnika iştirak edir

    Bakı.17 fevral. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinin motoatıcı briqadası Şimali Osetiyada təlimlərə başlayıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı hərbi dairənin mətbuat xidməti yayıb.

    Təlimlərdə 700-dən çox hərbçi, 200-ə yaxın hərbi texnika iştirak edir.

    Tədbir Şimal Osetiyadakı "Tarsk" ümumqoşun poliqonunda keçirilir. Təlimlər bir ay davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi