Yuxarı
    Bağlamaq

    Rusiya səfirinin qətli ilə bağlı tutulanların sayı 6-ya çatıb

    O, Aydın əyalətinin Kuşadası rayonunda Fətullahçı Terror Təşkilatına bağlı məktəbin rəhbərlərindən olub

    Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı tutulanların sayı 6-ya çatıb.

    “Report” "Sabah"a istinadən xəbər verir ki, bu, hadisəni törədən Mövlud Mert Altıntaşın dayısıdır.

    Məlumata görə, o, Aydın əyalətinin Kuşadası rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı məktəbin rəhbərlərindən olub. Həmin məktəb iyulun 15-dən sonra bağlanıb.

    Qeyd edək ki, səfiri qətlə yetirənin anası və bacısı da saxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi