Rusiya səfirinin adı öldürüldüyü sərgi salonuna verilib

Rusiya səfirinin adı öldürüldüyü sərgi salonuna verilib Alpər Taşdelen: “Bu zal həmişə Andrey Karlovun xatirəsini yaşadacaq”
Region
10 Yanvar , 2017 12:32
Rusiya səfirinin adı öldürüldüyü sərgi salonuna verilib

Bakı. 10 yanvar. REPORT.AZ/ Ankaradakı Müasir İncəsənət Mərkəzinin sərgi salonuna Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun adı verilib.

“Report” TASS-a istinadən xəbər verir ki, səfirə həmin zalda sui-qəsd edilib.

Məlumata görə, ad verilməsi ilə bağlı keçirilən mərasimdə Ankaranın Çankaya rayonu bələdiyyəsinin sədri Alpər Taşdelen diplomatın qətlinin Türkiyə və Rusiya xalqlarının hiddətinə səbəb olduğunu söyləyib: “Bu zal həmişə Andrey Karlovun xatirəsini yaşadacaq”.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərindəki Rusiya səfirliyinin yerləşdiyi küçəyə dekabrın 19-da qətlə yetirilmiş səfir Andrey Karlovun adı verilib.  

Son xəbərlər

Orphus sistemi