Rusiya səfiri ABŞ prezidentinin müşaviri ilə görüşü şərh etməyib

Rusiya səfiri ABŞ prezidentinin müşaviri ilə görüşü şərh etməyib O bildirib ki, ABŞ KİV-in bu görüş haqqında yazmasından da qorxmur
Region
3 İyun , 2017 09:44
Rusiya səfiri ABŞ prezidentinin müşaviri ilə görüşü şərh etməyib

Bakı. 3 iyun. REPORT.AZ/ “Mən gündəlik diplomatik təmaslarımı şərh etmirəm”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerlə görüşü ilə bağlı sualı cavablandırarkən bildirib.

“Təkcə Kuşnerlə danışıqlara deyil, ümumiyyətlə gündəlik təmaslarımızı şərh etmirik. Bu, bizim siyasətimizdir”, - deyə səfir vurğulayıb.

O bildirib ki, ABŞ KİV-in bu görüş haqqında yazmasından da qorxmur.

Qeyd edək ki, Amerikanın 50 konqresmeni imzaladığı kürəkənin müşavirlik vəzifəsindən azad edilməsinə və məxfi informasiyalara girişinin qadağan olunmasına dair müraciət Donald Trampa göndərilib. "The Washington Post"un dərc etdiyi xəbərə görə, Cared Kuşner Rusiya səfiri Sergey Kislyaka Moskva ilə gizli əlaqə kanalı yatarmağı təklif edib. 

Son xəbərlər

Orphus sistemi