Rusiya seçicilərinin 51,9 faizi prezident seçkilərində səs verib

Rusiya seçicilərinin 51,9 faizi prezident seçkilərində səs verib Bakı. 18 mart. REPORT.AZ/ Rusiyada yerli vaxtla saat 17:00-a olan məlumata görə seçici fəallığı 51,9 faiz təşkil edib.
Region
18 Mart , 2018 18:48
Rusiya seçicilərinin 51,9 faizi prezident seçkilərində səs verib
Foto: "Sputnik"

Bakı. 18 mart. REPORT.AZ/ Rusiyada yerli vaxtla saat 17:00-a olan məlumata görə seçici fəallığı 51,9 faiz təşkil edib.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.

Daha əvvəl Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, prezident seçkiləri yüksək şəffaflıq şəraitində keçirilir.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Dövlət başçısı vəzifəsi uğrunda hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin,  Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi