Bakı. 11 aprel. REPORT.AZ/ Rusiya "S-300" zenit-raket kompleksinin birinci partiyasını İrana tədarük edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu İran XİN sözçüsü Cabir Ənsair bildirib.
Qeyd edək ki, Rusiya 2010-cu ildə bu müqaviləni ləğv edib. Ancaq ötən ilin yayında İranla "altılıq" arasında saziş əldə ediləndən sonra qadağa götürülüb.
BMT 2010-cu ildə satışı qadağan edib, ancaq 2015-ci ilin apreldə Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra qadağa götürülüb. ABŞ və İsrail bu məsələdə narahatlıqlarını ifadə etməkdədir. Onlar bu razılaşmanı pisləyir. Çünki İran "S-300" raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin aprelində İranın nüvə proqramı ilə bağlı sazişi imzaladıqdan sonra bu qadağa aradan qalxıb.