Yuxarı

Rusiya rəsmisinin oğlu şirkətə vitse-prezident təyin olunub

Rusiya rəsmisinin oğlu şirkətə vitse-prezident təyin olunub
Şirkətin səhmlərinin 90 faizdən çoxu dövlətə məxsusdur

Bakı. 14 mart. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Dmitri Roqozinin oğlu Aleksey Roqozin ölkənin "Nəqliyyat üzrə Avia-tikinti Birliyi" şirkətinin vitse-prezidenti təyin edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bu şirkəti Rusiyanın ən nəhəng səhmdar cəmiyyəti olub, ölkədəki bütün avia-tikinti şirkətlərini birləşdirir. Şirkətin səhmlərinin 90 faizdən çoxu dövlətə, qalanı isə Xarici Ticarət Bankına (VEB) və xüsusi səhmdarlara məxsusdur.

Otuz dörd yaşlı Aleksey Roqozin silah istehsal edən “Orsis” şirkətində işləyib. Bir müddət sonra Aleksinsk Kimyəvi Kombinatın direktoru olub, ötən ilin aprelindən isə Rusiya Müdafiə Nazirliyinin Əmlak məsələləri İdarəsində işləyib. Nazirliyə məxsus “Aviaremont”, "Spesremont” və “Oboronloqistika” müəssisələrinin kuratoru olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi