​Rusiya rəsmisi: "Üç minə yaxın rusiyalı xaricdəki terror qruplaşmalarına qoşulub"

​Rusiya rəsmisi: "Üç minə yaxın rusiyalı xaricdəki terror qruplaşmalarına qoşulub" Yevgeni İlin: "Onlar maddi cəhətdən problemləri olan, az savadlı, özünə həyatda yer tapa bilməyən 30 yaşa qədər olan gənclərdir"
Region
25 May , 2016 15:33
​Rusiya rəsmisi: Üç minə yaxın rusiyalı xaricdəki terror qruplaşmalarına qoşulub

Bakı. 25 may. REPORT.AZ/ "Rusiyanın 3 minə yaxın vətəndaşı xaricdəki beynəlxalq terrorçu təşkilatlara qoşulub".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Antiterror Komitəsi Aparatı sədrinin müavini Yevgeni İlin Krasnoyarskda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, xaricdəki terrorçu qruplaşmalara qoşulanların çoxu Şimali Qafqaz federal dairəsinin sakinləridir: "Onlar maddi cəhətdən problemləri olan, az savadlı, özünə həyatda yer tapa bilməyən 30 yaşa qədər olan gənclərdir".

Y.İlin bildirib ki, onlar terrorun daha güclü olduğu Suriya və İraqa əsasən Azərbaycan, Belarus və Ukraynaya istirahət etmək, təhsil almaq adı ilə gedir, oradan isə Türkiyə və Misirə yollanırlar.

Qeyd edək ki, Krasnoyarskda "Müasir təhlükəsizlik sistemi - Antiterror" mövzusunda forum keçirilir. 

Son xəbərlər

Orphus sistemi