Yuxarı

​Rusiya rəsmisi: ""Türk axını"nın imzalanmasına mane olmağa formal əsas yoxdur"

Çijov: Heç şübhəsiz tranzit xəttinin Ukrayna ərazisindən keçməsi siyasi maraqlar baxımından təyinedici amildir

Bakı. 13 aprel. REPORT.AZ/ "Türk axını"nın tikintisinə mane olmaq üçün Avropa Komissiyasının formal səbəbi yoxdur, ancaq siyasi motivlərə görə, qurum onun Ukrayna ərazisindən keçməsini istəyir. "Report" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bildirib.

"Avropa Komissiyasının "Türk axını"nı əngəlləməyə formal səbəbi olmamalıdır. Heç şübhəsiz tranzit xəttinin Ukrayna ərazisindən keçməsi siyasi maraqlar baxımından təyinedici amildir", - V.Çijov Avropanın enerji təhlükəsizliyi üzrə Valday klubunda çıxışı zamanı vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin "Botaş" şirkəti arasında təbii qaz kəmərinin dənizin dibi ilə çəkilməsi haqda memorandum imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi