​Rusiya rəsmisi: ""Türk axını"nın imzalanmasına mane olmağa formal əsas yoxdur"

​Rusiya rəsmisi: ""Türk axını"nın imzalanmasına mane olmağa formal əsas yoxdur" Çijov: "Heç şübhəsiz tranzit xəttinin Ukrayna ərazisindən keçməsi siyasi maraqlar baxımından təyinedici amildir"
Region
13 Aprel , 2015 14:02
​Rusiya rəsmisi: Türk axınının imzalanmasına mane olmağa formal əsas yoxdur

Bakı. 13 aprel. REPORT.AZ/ "Türk axını"nın tikintisinə mane olmaq üçün Avropa Komissiyasının formal səbəbi yoxdur, ancaq siyasi motivlərə görə, qurum onun Ukrayna ərazisindən keçməsini istəyir. "Report" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bildirib.

"Avropa Komissiyasının "Türk axını"nı əngəlləməyə formal səbəbi olmamalıdır. Heç şübhəsiz tranzit xəttinin Ukrayna ərazisindən keçməsi siyasi maraqlar baxımından təyinedici amildir", - V.Çijov Avropanın enerji təhlükəsizliyi üzrə Valday klubunda çıxışı zamanı vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin "Botaş" şirkəti arasında təbii qaz kəmərinin dənizin dibi ilə çəkilməsi haqda memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi