​Rusiya rəsmisi: "Şükür Allaha, bu günədək Suriyada itkimiz olmayıb"

​Rusiya rəsmisi: "Şükür Allaha, bu günədək Suriyada itkimiz olmayıb" General-polkovnik Viktor Bondarev: "Bunu söyləyənlər arzu etdiklərini gerçəklik kimi qələmə vermək istəyirlər"
Region
5 Noyabr , 2015 14:06
​Rusiya rəsmisi: Şükür Allaha, bu günədək Suriyada itkimiz olmayıb

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bir aydan artıq müddətdə Suriyada keçirdiyi hava əməliyyatları nəticəsində Rusiyanın heç bir itkisi olmayıb".

"Report" xəbər verir ki, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) baş komandanı general-polkovnik Viktor Bondarev "Komsomolskaya pravda" qəzetinə müsahibəsində bildirib.

Suriyanın hava məkanında Rusiyaya məxsus təyyarə və helikopterin vurulması ilə bağlı yayılan xəbərlərə münasibət bildiriən general-polkovnik deyib: "Bunu söyləyənlər arzu etdiklərini gerçəklik kimi qələmə vermək istəyirlər. Adi saxtakarlıqdır. Şükür Allaha bu günədək bizim Suriyada itkimiz olmayıb".

Onun sözlərinə görə, Suriyanın Latakiya bölgəsinin Xmeymim hissəsindəki aviabazada Rusiyanın 50-dən artıq təyyarəsi və helikopteri var.

Qeyd edək ki, ötən gün "Reuters" agentliyi Rusiyanın Suriyadakı hərbçilərinin sayının 4 minə çatdığı haqda xəbər yayıb. Xəbərdə bildirilib ki, bir ay ərzində Rusiya hərbçiləri ölümlə nəticələnən itkilər də verib. Məlumatda itkilərin dəqiq sayı göstərilməyib.

Xəbərə əsasən, Rusiya Xmeymim aviabazasından başqa Suriyanın Hama, Şəriət və Tias hava limanlarından da istifadə edir. Rusiyanın Xmeymim aviabazasından kənarda da raket qurğusu yerləşdirməyi planlaşdırdığı haqda da məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi