​Rusiya Quru Qoşunlarının keçmiş komandanına 5 il həbs cəzası verilib - YENİLƏNİB

​Rusiya Quru Qoşunlarının keçmiş komandanına 5 il həbs cəzası verilib - YENİLƏNİB Məhkəmənin qərarına əsasən, Vladimir Çirkinin general-polkovnik rütbəsi də əlindən alınıb
Region
14 Avqust , 2015 14:05
​Rusiya Quru Qoşunlarının keçmiş komandanına 5 il həbs cəzası verilib - YENİLƏNİB

Bakı. 14 avqust. REPORT.AZ/ Rusiya Quru Qoşunlarının keçmiş komandanı general-polkovnik Vladimir Çirkinin məhkəmə prosesi yekunlaşıb. 

"Report" xəbər verir ki, Moskva Qarnizonu Hərbi Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarına əsasən, V.Çirkinin general-polkovnik rütbəsi də əlindən alınıb. 

*** 13:17

Rusiya Quru Qoşunlarının keçmiş komandanı general-polkovnik Vladimir Çirkin məhkəmədə 20 min dollar rüşvət aldığını etiraf edib.

"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.

General bu cinayəti 2008-ci ildə Moskva Hərbi Dairəsi Qoşunları komandanının müavini olarkən törədib.

Prokuror onun 7,5 il azadlıqdan məhrum olunmasını istəyib. Məlumatda bildirilib ki, Moskva Qarnizonu Hərbi Məhkəməsi V.Çirkin barəsində hökmü bir müddət sonra elan edəcək. 

Son xəbərlər

Orphus sistemi