Rusiya qitələrarası ballistik raketin buraxılışını həyata keçirib

Rusiya qitələrarası ballistik raketin buraxılışını həyata keçirib Raketin təlim döyüş hissəsi şərti hədəfi yüksək dəqiqliklə məhv edib
Region
17 Yanvar , 2017 01:58
Rusiya qitələrarası ballistik raketin buraxılışını həyata keçirib

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın Strateji Təyinatlı Raket Qoşunları Hesablamaları və Hava-Kosmik Qüvvələri yanvarın 16-da Arxangelsk vilayətinin Plesetsk kosmodromundan "Topol-M" ("Qovaq-M") qitələrarası ballistik raketin buraxılışını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Raketin təlim döyüş hissəsi Kamçatka yarımadasındakı poliqonda olan şərti hədəfi yüksək dəqiqliklə məhv edib", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi