Yuxarı

​Rusiya qırıcıları Hələbi bombalayıb, 18 dinc sakin ölüb, 13-ü yaralanıb

İbrahim Əbu Leys: Onlar qırıcılarla deyil, ballistik raketlərlə də mərkəzlərə hücum ediblər

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın Hələb şəhəri və ətraf əraziləri bombalaması nəticəsində 18 dinc sakin ölüb, 13-ü isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Hələbin qərbində yerləşən Etraib rayonunun mülki müdafiə məsələləri üzrə məsulu İbrahim Əbu Leys bildirib ki, Rusiya qırıcılarının mülki müdafiə mərkəzlərini bombalaması nəticəsində qurumun 5 əməkdaşı ölüb, 3-ü isə yaralanıb: "Ruslar sadəcə qırıcılarla deyil, ballistik raketlərlə də mərkəzlərə hücum ediblər".

"Rusiyanın döyüş təyyarələri Firdevs, Hayderiye və Şear rayonlarını bombalaması nəticəsində 13 dinc sakin həyatını itirib, 10-u isə yaralanıb", - məlumatda bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi