Yuxarı

Rusiya prezidentinin mətbuat katibi: "​Putin Türkiyə xalqına başsağlığı verib"

Kreml bunu sülhsevər İstanbula qarşı terror hücumu kimi qiymətləndirir

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin İstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində ölənlərə görə Türkiyəyə başsağlığı verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya prezidenti Vladimir Putin artıq bu vəhşi terror hadisəsi ilə bağlı başsağlığı verib. Kreml bunu sülhsevər İstanbula qarşı terror hücumu kimi qiymətləndirir".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi