Rusiya prezidentinin köməkçisi: “Vladimir Putin Ermənistana gələn il səfər edəcək”

Rusiya prezidentinin köməkçisi: “Vladimir Putin Ermənistana gələn il səfər edəcək” Bakı. 26 sentyabr. REPORT.AZ/ “Fikrimcə, Rusiya prezidenti Vladimir Putin Ermənistana, təxminən, gələn il səfər edəcək”.
Region
26 Sentyabr , 2018 19:31
Rusiya prezidentinin köməkçisi: “Vladimir Putin Ermənistana gələn il səfər edəcək”

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Fikrimcə, Rusiya prezidenti Vladimir Putin Ermənistana, təxminən, gələn il səfər edəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Doğrudan da, prezidentimizin Ermənistana səfərinin təşkil edilməsi müzakirə olunsa da, dəqiq tarixindən bəhs edilməyib”, - o vurğulayıb.

Y.Uşakov deyib ki, iki dövlətin başçıları MDB-nin Düşənbədə keçiriləcək sammiti, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanada və Avroasiya İqtisadi İttifaqının Moskvada keçiriləcək sessiyaları çərçivəsində görüşəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Rusiya prezidenti Vladimir Putinin bu il sentyabrın sonunda Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı.  

Son xəbərlər

Orphus sistemi