Rusiya prezidenti: “Türkiyəyə “S-400” kompleksini tədarük etməyə hazırıq”

Rusiya prezidenti: “Türkiyəyə “S-400” kompleksini tədarük etməyə hazırıq” Vladimir Putin: “Onun istehsalında əməkdaşlıq Türkiyə sənayesinin hazırlığından asılıdır”
Region
1 İyun , 2017 18:42
Rusiya prezidenti: “Türkiyəyə “S-400” kompleksini tədarük etməyə hazırıq”

Bakı. 1 iyun. REPORT.AZ/ “Rusiya Türkiyəyə “S-400” Zenit–Raket Kompleksi tədarük etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iyunun 1-də Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində dünya informasiya agentliklərinin rəhbələri ilə görüşdə "Anadolu" agentliyinin direktorunun sualını cavablandırarkən bildirib.

“Biz “S-400” sisteminin satışının mümkünlüyü məsələsini müzakirə etmişik. Onun istehsalında əməkdaşlıq Türkiyə sənayesinin hazırlığından asılıdır. Biz hələlik bu hərbi texnikanı xaricdə heç yerdə istehsal etmirik. Bunun üçün onilliklər lazım gəlir. Çünki texnoloji və kadr hazırlığı tələb edilir. Prinsipcə mümkün olmayan heç nə yoxdur. Yeni sistemi tədarük etməyə hazırıq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də bizim və Türkiyənin hərbçiləri də bilirlər”, - V.Putin vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi