Rusiya prezidenti: "Türkiyə rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm"

Rusiya prezidenti: "Türkiyə rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm" "Rusiyanın türkdilli xalqları Rusiyanın hissəsidir, onlar əvvəl olduğu kimi yenə bizim tərəfdaş və dostlarımız olaraq qalır"
Region
17 Dekabr , 2015 14:13
Rusiya prezidenti: Türkiyə rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm

Bakı. 17 dekabr. REPORT.AZ/ "Rusiyanın türkdilli xalqları Rusiyanın bir hissəsidir, onlar əvvəl olduğu kimi yenə bizim tərəfdaş və dostlarımız olaraq qalır". "Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Rusiya hökumətinin TÜRKSOY çərçivəsində əməkdaşlığın dayandırılması qərarını şərh edərkən deyib.

Eyni zamanda, Rusiya prezidenti Türkiyə rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılmasına heç bir perspektiv görmədiyini bildirib: "Hazırkı Türkiyə rəhbərliyi ilə anlaşmamız çox çətin, praktiki olaraq qeyri-mümkündür. Odur ki, Türkiyə rəhbərliyi ilə əlaqələrin yaxşılaşdırılması perspektivini görmürəm. Humanitar səviyyədə isə bu mümkündür".

V.Putin bildirib ki, Rusiya iqtisadiyyat, eləcə də turizm sahəsində müəyyən məhdudlaşdırıcı tədbirlər görməyə və milli təhlükəsizliyini təmin etmək üçün addımlar atmağa məcburdur.

Son xəbərlər

Orphus sistemi