Rusiya prezidenti Suriyaya dair yeni təkliflə çıxış edib

Rusiya prezidenti Suriyaya dair yeni təkliflə çıxış edib Vladimir Putin: "Suriyanın bərpasına dair kompleks proqramın işlənib hazırlanması haqqında birlikdə düşünmək olar"
Region
22 Noyabr , 2017 18:56
Rusiya prezidenti Suriyaya dair yeni təkliflə çıxış edib
РИА Новости

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyə və İranın dövlət başçılarına Suriyaya dair yeni təklif verib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Dağıntıların miqyası olduqca böyük olduğundan, Suriyada quruculuq-bərpa işlərinə dair kompleks proqramın işlənib hazırlanması haqqında birlikdə düşünmək olar", - V.Putin Soçidə Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə görüşdə qeyd edib.

Onun sözlərinə görə, Türkiyə və İran rəhbərləri ilə qəbul edilən birgə qərarlardan sonra yüz minlərlə qaçqın artıq doğma ocaqlarına qayıdır. 

Son xəbərlər

Orphus sistemi