Bakı. 23 fevral. REPORT.AZ/ “Suriyada qanunsuz silahlı qruplaşmalar tərəfdə Rusiyadan olan 4 minə yaxın insan döyüşür”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısında deyib.
Onun sözlərinə görə, keçmiş SSRİ-dən isə Suriyada qanunsuz silahlılar tərəfdə 5 minə yaxın insan döyüşür.
Qeyd edək ki, fevralın 23-də Rusiya Təhlükəsizlik Şurasının toplantısında beynəlxalq vəziyyət, ölkədaxili məsələlər müzakirə olunub.