Rusiya prezidenti SMS-ə görə 7 il azadlıqdan məhrum olunan qadını əfv edib

Rusiya prezidenti SMS-ə görə 7 il azadlıqdan məhrum olunan qadını əfv edib O, Gürcüstan kəşfiyyatına işləməkdə şübhəli bilinmişdi
Region
7 Mart , 2017 14:13
Rusiya prezidenti SMS-ə görə 7 il azadlıqdan məhrum olunan qadını əfv edib

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin vətənə xəyanətdə ittiham olunan Soçi sakini Oksana Sevastidini əfv edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Fərman imzalanandan 5 gün sonra qüvvəyə minəcək.

Məlumata görə, 2008-cu ildə Suxumidən olan dostu ondan SMS-lə Soçidə tankların olub-olmadığını soruşub. Oksana Sevastidi isə ona Abxaziya istiqamətində zirehli texnikanın hərəkət etdiyi barədə SMS yazıb.

O, Gürcüstan kəşfiyyatına işləməkdə şübhəli bilinib, ona qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət və casusluq maddələri əsasında cinyət işi açılıb. O.Sevastidi bu ittihamlar əsasında 7 il azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi