Rusiya prezidenti Vladimir Putin Sergey İvanovun istefaya göndərilməsini şərh edib

Rusiya prezidenti Vladimir Putin Sergey İvanovun istefaya göndərilməsini şərh edib Sergey İvanov özü onu başqa işə keçirməyi xahiş edib
Region
12 Avqust , 2016 14:40
Rusiya prezidenti Vladimir Putin Sergey İvanovun istefaya göndərilməsini şərh edib

Bakı. 12 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyasının rəhbəri kimi Sergey İvanovun işindən məmnun olduğunu bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti S.İvanovun özünün onu başqa işə keçirməyi xahiş etdiyini vurğulayıb: "Hörmətli Sergey Borisoviç, sizinlə uzun illərdir birlikdə çalışırıq. Uğurla çalışırıq. Təyin olunmuş sahələrdə tapşırıqları yerinə yetirməyinizdən razıyam".

Xatırladaq ki, bu gün Rusiya prezidenti Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu vəzifəsindən azad edərək bu posta Anton Vaynonu təyin edib.

Son xəbərlər

Orphus sistemi