Rusiya prezidenti Sankt-Peterburq metrosundakı partlayışları FTX direktoru ilə müzakirə edib

Rusiya prezidenti Sankt-Peterburq metrosundakı partlayışları FTX direktoru ilə müzakirə edib Vladimir Putin: "Terror da daxil olmaqla, partlayışın bütün mümkün səbəbləri nəzərdən keçirilir"
Region
3 Aprel , 2017 16:58
Rusiya prezidenti Sankt-Peterburq metrosundakı partlayışları FTX direktoru ilə müzakirə edib

Bakı. 3 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq metrosunda baş verən partlayışlarda həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Rusiya hökuməti hadisə nəticəsində zərər çəkənlərə yardım göstərilməsi məqsədilə bütün lazımi tədbirləri görəcək" - V.Putin bildirib.

Onun sözlərinə görə, terror da daxil olmaqla, partlayışın bütün mümkün səbəbləri nəzərdən keçirilir.

Məlumata görə, Rusiya prezidenti Sankt-Peterburq metrosundakı partlayışları Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ilə müzakirə edib.

Qeyd edək ki, Sankt-Peterburq metrosunun iki stansiyasında baş vermiş partlayışlarda təqribən 10 nəfər ölüb, 30 nəfər yaralanıb. Bununla əlaqədar olaraq, Sankt-Peterburqda metronun hərəkəti müvəqqəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi