Rusiya prezidenti Robert Koçaryana zəng edib

Rusiya prezidenti Robert Koçaryana zəng edib Bakı. 31 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana telefonla zəng edib.
Region
31 Avqust , 2018 13:29
Rusiya prezidenti Robert Koçaryana zəng edib
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana telefonla zəng edib.

"Report" Kremlin saytına istinadən xəbər verir ki, V.Putin avqustun 31-də 64 yaşı tamam olan sabiq prezidenti təbrik edib.  

Qeyd edək ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Bundan sonra o, aktiv siyasi fəaliyyətlə məşğul olmayıb.

İyulun 26-da Ermənistan Xüsusi İstintaq Xidməti ölkənin sabiq prezidentinə qarşı 2008-ci ildə konstitusiyanın zorla devrilməsi ittihamı irəli sürüb və həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib. Avqustun 13-də Yerevan Apellyasiya Məhkəməsi R.Koçaryanı Konstitusiyaya əsasən, toxunulmaz olması səbəbi ilə azad etməyə qərar verib.

R.Koçaryan avqustun 31-də "Sputnik-Ermənistan"a müsahibəsində Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi