Yuxarı

​Rusiya prezidenti Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətini ləğv edib

Sözügedən qurum Federal Xəzinədarlığa birləşdiriləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin ləğv edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, sənəd çərşənbə axşamı Hüquqi İnformasiya rəsmi internet portalında dərc olunub.

Putin baş nazir Dmitri Medvedevin Maliyyə-Büdcə Nəzarəti Federal Xidmətinin Federal Xəzinədarlığa birləşdirilməsi, eyni zamanda valyuta nəzarəti işinin Federal Vergi Xidməti və Federal Gömrük Xidmətinə verilməsi təklifi ilə razılaşıb.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi