Rusiya prezidenti Karen Karapetyanla Ermənistandakı böhranın həlli yollarını müzakirə edib

Rusiya prezidenti Karen Karapetyanla Ermənistandakı böhranın həlli yollarını müzakirə edib Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.
Region
26 Aprel , 2018 20:04
Rusiya prezidenti Karen Karapetyanla Ermənistandakı böhranın həlli yollarını müzakirə edib

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib və bildirilib ki, nizamlanma yalnız mövcud konstitusiya çərçivəsində, həmçinin 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən baş verməlidir.

Tərəflər həmçinin mayın 1-nə planlaşdırılan parlament tərəfindən respublikanın baş nazirinin seçilməsinə dair məsələni xüsusi vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi