Yuxarı

​Rusiya prezidenti İstanbulda keçiriləcək sammitdə iştirak etməyəcək

Dmitri Peskovun sözlərinə görə, forumda Rusiya başqa səviyyədə təmsil olunacaq

Bakı. 20 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin işlərinin çox olması səbəbindən İstanbulda keçiriləcək Ümumdünya Humanitar Forumuna getməyəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Onun sözlərinə görə, forumda Rusiya başqa səviyyədə təmsil olunacaq. 

Xatırladaq ki, Humanitar Məsələlərə Dair Dünya Sammiti mayın 23-24-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. BMT-nin baş katibi Pan Gi Mun dünya liderlərini təşkilatın 70 illik tarixində ilk dəfə təşkil olunan dünya sammitində iştirak etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi