Rusiya prezidenti İranın ali rəhbərinə məktub göndərib

Rusiya prezidenti İranın ali rəhbərinə məktub göndərib Rusiya prezidentinin xüsusi nümayəndəsi məktubu Xaməneinin xarici siyasət üzrə müşavirinə təqdim edib
Region
5 Dekabr , 2016 20:58
Rusiya prezidenti İranın ali rəhbərinə məktub göndərib

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin İranın Ali rəhbəri ayətullah Seyyid Əli Xamneyiyə məktub göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 5-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin Suryadakı vəziyyət üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev məktubu Ayətullah Seyyid Əli Xamneyinin xarici siyasət üzrə müşaviri Əliəkbər Vilayətiyə təqdim edib.

Məktubun məzmunu haqqında məlumat verməyən B.Qasimi deyib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov dekabrın 5-dən Tehranda səfərdədir. Onun sözlərinə görə, rusiyalı diplomat İranın xarici işlər nazirinin Ərəb ölkələri ilə iş üzrə müavini Hüseyn Cabir Ənsari ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi