Rusiya prezidenti Ermənistanla Qafqazda birgə HHMS yaratmaqla bağlı sazişin ratifikasiyası haqqında qanun imzalayıb

Rusiya prezidenti Ermənistanla Qafqazda birgə HHMS yaratmaqla bağlı sazişin ratifikasiyası haqqında qanun imzalayıb Birgə fəaliyyətə ümumi rəhbərliyi Rusiyanın Cənub Hərbi Dairəsinin komandanı edəcək
Region
29 Dekabr , 2016 15:56
Rusiya prezidenti Ermənistanla Qafqazda birgə HHMS yaratmaqla bağlı sazişin ratifikasiyası haqqında qanun imzalayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Prezident Vladimir Putin kollektiv təhlükəsizliyin Qafqaz regionunda birgə Hava Hücumundan Müdafiə Sistemi (HHMS) yaratmaqla bağlı Rusiya və Ermənistan arasında imzalanmış sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistanla saziş 2015-ci il dekabrın 23-də Moskvada imzalanıb.

Birgə fəaliyyətə ümumi rəhbərliyi Rusiyanın Cənub Hərbi Dairəsinin komandanı edəcək.

Son xəbərlər

Orphus sistemi