Rusiya prezidenti Ermənistana səfərə gedəcək

Rusiya prezidenti Ermənistana səfərə gedəcək Vladimir Putin Yerevanda KTMT-nin iclasında iştirak edəcək
Region
11 Oktyabr , 2016 14:47
Rusiya prezidenti Ermənistana səfərə gedəcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etmək üçün oktyabrın 14-də Ermənistana səfərə gedəcək.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönələcək.

KTMT-nin Yerevandakı iclasında sədrlik Ermənistandan Belarusa keçəcək.

Son xəbərlər

Orphus sistemi