Yuxarı

​Rusiya prezidenti ermənini komissiya sədri təyin edib

Ara Abramyan Rusiya Erməniləri İttifaqının başçısıdır

Bakı. 4 iyun. REPORT.AZ/ Vladimir Putin Ara Abramyanı Rusiya Federasiya prezidenti yanında milli dövlət siyasətinə informasiya dəstəyi məsələləri üzrə Komissiyanın sədri təyin edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Komissiya əsasən millətlərarası münasibətlər sahəsində milli dövlət siyasətinin effektivliyinin artırılmasına, ölkə ərazisində millətlərarası dialoqun inkişafına və möhkəmlənməsinə və s. xidmət edəcək. 

Xəbərə görə, Ara Abramyan Rusiya Erməniləri İttifaqının başçısıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi