​Rusiya prezidenti britaniyalı müğənni Elton Cona zəng edib

​Rusiya prezidenti britaniyalı müğənni Elton Cona zəng edib Bu barədə Vladimir Putinin mətbuat katibi bildirib
Region
26 Sentyabr , 2015 06:53
​Rusiya prezidenti britaniyalı müğənni Elton Cona zəng edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu yaxınlarda "telefon oyunbazları" tərəfindən Rusiya prezidenti adından danışılaraq ələ salınan britaniyalı müğənni Elton Con, hər halda Vladimir Putin ilə danışmağa müvəffəq olub.

"Report" xəbər verir ki, Kremldən verilən məlumata görə, Vladimir Putin sentyabrın 24-də özü şəxsən musiqiçi ilə telefonda söhbət edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin hətta həmsöhbətinə onunla görüşəcəyinə və onu maraqlandıran istənilən mövzu ətrafında müzakirə aparacağına dair vəd verib.

"Putin Conun nə dərəcədə məşhur ifaçı olduğunu bildirib və əmin edib ki, gələcəkdə onların iş cədvəli uyğun gələrsə, o müğənni ilə görüşməyə hazırdır", - deyə Kreml rəsmisi qeyd edib.

Rusiya lideri, həmçinin müğənnidən telefon xuliqanlarının onu ələ salmalarından inciməməyi xahiş edib.

Son xəbərlər

Orphus sistemi