Rusiya prezidenti: "Biz Gürcüstanla viza rejimini ləğv etməyə hazırıq"

Rusiya prezidenti: "Biz Gürcüstanla viza rejimini ləğv etməyə hazırıq" "Ölkənin ərazi bütövlüyünün pozulmasının günahı tamamilə Gürcüstan rəhbərliyinin üzərinə düşür"
Region
17 Dekabr , 2015 15:04
Rusiya prezidenti: Biz Gürcüstanla viza rejimini ləğv etməyə hazırıq

Bakı. 17 dekabr. REPORT.AZ/ "Rusiya Gürcüstanla münasibətləri bərpa etməyə və viza rejimini ləğv etməyə hazırdır".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında deyib.

V.Putin ölkənin ərazi bütövlüyünün pozulmasına görə günahın tamamilə o vaxtkı prezident M.Saakaşvilinin simasında Gürcüstan rəhbərliyinin üzərinə düşdüyünü söyləyib.

O qeyd edib ki, ərazi bütövlüyü məsələsini üç tərəf - Gürcüstan, Cənubi Osetiya və Abxaziya həll etməlidir və Moskva istənilən qərarı qəbul etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi