Yuxarı

Rusiya prezidenti: "Azərbaycan istədiyi yerdən silah almaq iqtidarındadır"

Vladimir Putin: Bu gün müasir silah bazarında istənilən ölkə praktiki olaraq hər bir silahı ala bilər

Bakı. 10 avqust. REPORT.AZ/ Rusiya Ermənistanı silahla təmin etmək öhdəliklərini yerinə yetirir.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ermənistanlı həmkarı Serj Sarqsyan ilə keçirdiyi birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin Ermənistana və Azərbaycana silah satışı ilə bağlı suala cavab verərkən deyib.

Rusiya lideri vurğulayıb ki, bu gün müasir silah bazarında istənilən ölkə praktiki olaraq hər bir silahı ala bilər: "Misal olaraq deyə bilərəm ki, neft hasilatçısı, inkişaf edən iqtisadiyyata malik, böyük qızıl və valyuta ehtiyatlarına sahib olan Azərbaycan əlbəttə ki, istədiyi yerdən silah almaq iqtidarındadır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi