ABŞ-ın keçmiş dövlət katibi Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib

ABŞ-ın keçmiş dövlət katibi Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib Dmitri Peskovun sözlərinə görə, onlar uzun illərin dostudur
Region
3 Fevral , 2016 17:36
ABŞ-ın keçmiş dövlət katibi Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinlə Kissincer uzun illərin dostudur.

D.Peskov deyib ki, onların görüşündə dünya siyasətindəki cari məsələlər, hadisələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. 

Son xəbərlər

Orphus sistemi