Yuxarı

Rusiya pilotlarından biri türkmənlərin əlindədir - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün onlara 10 dəfə xəbərdarlıq edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyənin hava sərhədini pozan Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsinin pilotlarından biri Suriya türkmənlərinin əlindədir.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Təyyarənin o biri pilotundan xəbər yoxdur.

Xəbərdə bildirilib ki, pilotları almaq üçün iki helikopterin həmin əraziyə eniş etməsinə türkmən özünümüdafiə qüvvələri icazə vermir.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün onlara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi